Onlayn ictimai-siyasi qəzet
Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.
“Report” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.
Abidənin müəllifi heykəltaraş, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.
Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ