İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ - 3 gün boyunca...

Aprelin 8-dən 10-dək Yer kürəsində ardıcıl 3 gün davam edəcək güclü maqnit qasırğası proqnozlaşdırılır.

Musavat.com xəbər verir ki, proqnozlara görə, həmin günlərdə maqnit qasırğalarının gücü 5 bala çatacaq. Bu isə insan sağlamlığına, xüsusilə meteohəssas insanlara təsirsiz ötüşməyə bilər.

Həkimlər belə günlərdə stressdən uzaq durmağı, bol su içməyi, yuxu rejiminə diqqət yetirməyi və fiziki yorğunluqdan qaçmağı tövsiyə edirlər.

Qeyd edək ki, maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və Yer kürəsində müxtəlif texniki problemlərə, rabitə xətlərində nasazlıqlara, həmçinin insanların ümumi vəziyyətində narahatlıqlara səbəb ola bilər.

Mütəxəssislər ehtiyatlı olmağı və sağlamlıqla bağlı problemləri olan şəxslərin xüsusilə diqqətli davranmasını məsləhət görürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR