İnsanlara hürriyət, millətlərə istiqlal!

“İmamoğlunun həbsi üçün Trampdan icazə alınıb” – Özgür Özelin bu iddiasına Hakan Fidan sərt cavab verdi

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel partiyasının son mitinqində səsləndirdiyi sensasion iddia ilə gündəmə damğa vurub.

Musavat.com xəbər verir ki, o, iqtidarı İstanbul Böyükşəhər Bələdiyyəsinin eks-başqanı Əkrəm İmamoğlunun həbsi üçün ABŞ-dan icazə almaqda ittiham edib.

“Əvvəllər “çevrilişin arxasında Amerika var” deyirdilər. İndi isə öz çevrilişlərini Amerikadan icazə alaraq həyata keçirmək istəyirlər. Əkrəm İmamoğlunun həbsi üçün Trampın icazəsi alınıbsa, bu, 19 Mart çevrilişinin təməlidir”, - deyə Özel mitinqdə bildirib.

Bu sərt iddiaya Türkiyə xarici işlər naziri Hakan Fidan sosial media platforması X (Twitter) üzərindən çox kəskin reaksiya verib.

Fidan paylaşımında Özgür Özeli ittiham edərək belə yazıb:

“Artıq həddini bil!

Cümhurbaşqanımız cənab Ərdoğan millətimizdən aldığı dəstəklə illərdir Türkiyəyə xidmət edib, hər cür vesayətə qarşı savaşıb.

Biz millətimizdən başqa heç kimdən əmr almadıq; xalqımızdan başqa heç kimdən icazə istəmədik.

FİDAN SON.jpeg (142 KB)

Türkiyəni hədəf alan bütün güc mərkəzlərinə və vesayət ocaqlarına qarşı mübarizə apardıq.

İllərlə xalqın iradəsinə qarşı çevrilişlərin kölgəsində siyasət aparan bir ənənənin təmsilçisi məhz Özgür Özeldir.

Legitimliyi sandıqda deyil, küçədə axtaran, siyasəti meydanlarda dizayn etməyə çalışan Özgür Özeldir.

Həftələrdir xarici güclərdən ümid gözləyən, “tərk edilmiş hiss edirik” deyərək xarici paytaxtlardan dəstək dilənən də Özgür Özeldir.

Yolsuzluqla bağlı bir işdən qəhrəmanlıq hekayəsi çıxarmağa çalışan yenə Özgür Özeldir.

Şəxsi hirsini komplo nəzəriyyələri ilə birləşdirib siyasət pərdəsi altında təqdim edən bu düşüncə tərzini qətiyyətlə rədd edirik!

Biz xalqımıza xidmət yolunda əzmlə çalışmağa davam edəcəyik”.

Xatırladaq ki, Əkrəm İmamoğlu ilə birlikdə 105 nəfərin barəsində istintaq prosesi davam edir.

Musavat.com mitinqdəki çıxışın o hissəsini oxuculara təqdim edir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR