Onlayn ictimai-siyasi qəzet
Çexiya hokkey millisinin sabiq qapıçısı Dominik Qaşek Kanad Milli Hokkey Liqasında (MHL) yeni rekorda imza atan rusiyalı hokkeyçi Aleksandr Oveçkinin ünvanına tənqidi fikirlər səsləndirdikdən sonra şiddətli tənqidə məruz qalıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “ölkə ultra-patriotlarının lideri” Dmitri Medvedyev sosial şəbəkələrdə belə bir status yazıb: "895 - böyük rus hokkeyçisinin nəticəsidir! P.S. Dəli çex Qaşekin intiharını gözləyirik".
Qaşek Ovechkinin rekorduna sevinməməyə çağıraraq yazmışdı ki, rus hokkeyçi Ukraynadakı xüsusi hərbi əməliyyatı qınamayıb: “MHL ona bunu etməyə icazə verdi və onu 3 il 40 gün dəstəklədi. Buna görə də MHL bunun üçün böyük məsuliyyət daşıyır".
Dövlət Dumasının deputatı, əfsanəvi hokkeyçi, ikiqat olimpiya çempionu Vyaçeslav Fetisov isə Qaşekin müalicə üçün Rusiyaya gəlməli olduğunu deyib: "O, gəlməlidir ki, biz onu burada müalicə edək, amma pulu yoxdur. O, bütün pulunu itirib. Onu yaxşı klinikaya aparıb müalicə edərik", - deputat bildirib.
Fetisov Qaşekin Rusiyada qazandığı pulu qaytarmalı olduğunu da qeyd edib: "Hər cür cəfəngiyyatlar yayır. O, burada qazandığı pulu qaytarsa, ədalətli olardı".
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ