İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Ələkbərzadədən ŞOK AÇIQLAMA: "Məndən ev istəmişdi, amma... "

Artıq bir müddətdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) baş verən qalmaqal səngimək bilmir. Bir neçə əməkdar artist teatrın bədii rəhbəri Mehriban Ələkbərzadəyə qarşı ittihamlar səsləndirib. Son olaraq teatrın aktrisası, Əməkdar artist Məsmə Aslanqızı Mehriban Ələkbərzadənin onun 20 Yanvar şəhidi olana atasına və və digər şəhid ailələrinə qarşı hörmətsizlik etdiyini bildirmişdi.

Musavat.com bildirir ki, Mehriban Ələkbərzadə barəsində səslənən ittihamlara bu cür reaksiya verib:

"Mütəmadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirir, bu normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə ev – dir! Teatr məni evlə təmin etməlidir. Mən anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o, “20 Yanvar şəhidinin qızı kimi mənə ev düşür. Teatr bu məsələni – siz bu məsələni həll etməlisiniz!” – dedi.

Bütün deyilənlərə bir daha münasibət bildirərək, yenə də bəyan etdim və edirəm ki, hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən teatrın bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq – bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə... bax, belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir.

O ki qaldı mənim vətəndaşlıq mövqeyimə... Az-çox mənim yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, mən milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var” silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Mənim yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, vətən yolunda şəhid olan insanlardan bəhs edirdi.

Ən azı... mənim sözlərimin izahı üçün arxivlər var! Mənim Azərbaycan xalqının qəhrəmanlıq tarixi, Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim və araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR