İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın dünya iqtisadiyyatına "töhfəsi": Fond və xammal bazarları çökür...

ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi dünya fond bazarlarında görünməmiş çökmələrə səbəb olmaqdadır.

Musavat.com xəbər verir ki, xüsusilə Çinin ABŞ-dan idxalı tamamən 34 faizlik rüsumlara cəlb etməsi, ABŞ şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməsi fond və əmtəə bazarlarında xaosa gətirib çıxarıb.

Belə ki, Tokio Fond Birjası kotirovkaların çöküşü ilə açılıb, əsas Nikkei indeksi 6,46 faiz ucuzlaşıb.

Honkonq birjasında Hang Seng və Hang Seng Tech indeksləri müvafiq olaraq 9 faiz və 10 faiz ucuzlaşıb. Şanxay, Şençjen və Pekin birjalarında da əsas indekslər ucuzlaşıb.

Moskva Birjasının indeksi 2,7 faizdən çox dəyər itirib. Avstraliya dolları son 5 ildə ilk dəfə ABŞ dollarından aşağı düşüb.

Hindistan fond bazarları da erkən ticarətdə düşüş yaşayıb, Bombay Fond Birjasının Sensex və Nifty 50 benchmark indeksi pandemiyadan bəri ən pis enmə - 5,29 faiz və 5 faiz yaşayıb.

London birjasında səhər ticarəti zamanı FTSE 100 indeksində kəskin eniş qeydə alınıb.

Shanghai Composite bazar ertəsi ticarətində 7,34 faiz ucuzlaşıb.

Tayvan səhmləri 2 065,87 bənd və ya 9,7 faiz azalaraq 19 232,35-ə düşüb.

Amsterdam Fond Birjasında ticarət kotirovkaların kəskin azalması ilə açılıb. Ən böyük kapitallaşmaya malik 25 şirkətin səhmləri əsasında hesablanan indeks 6,3 faiz azalıb.

Almaniyanın ən böyük müdafiə konserni Rheinmetall-ın səhmləri ABŞ-ın ticarət tarifləri səbəbindən qlobal bazarların çökməsi fonunda 27 faiz dəyər itirib.

Hindistanın dörd ən böyük milyarderi fond bazarındakı qeyri-sabitliyə görə 10,3 milyard dollar itirib.

Bazarlardakı eniş fonunda Bitcoin öz dəyərinin 10 faizini itirərək, 2024-cü ilin noyabr ayı səviyyəsinə enib.

Brent markalı neftin bir barelinin iyun fyuçers müqaviləsinin qiyməti 63 dollara düşüb, bu, 2021-ci ilin aprelindən bu yana ən aşağı göstəricidir.

Xatırladaq ki, 2018-ci ilin yazında əvvəlki prezidentlik dövründə Donald Tramp Çin mallarına gömrük rüsumlarının tətbiqi və sonradan 2,5 dəfə artırılması qərarları ilə də Asiya bazarlarında çöküşə səbəb olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR