Onlayn ictimai-siyasi qəzet
Ermənistanda “Vətənin Gücü” adlı müxalifət partiyasının lideri, iş adamı Tiqran Arzakantsyanın evinin qarət olunmasına cəhd edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, biznesmen siyasətçi yerli polisə təşəkkür etdiyi və baş verənlərdən danışdığı video yayımlayıb.
Arzakantsyan mesajında polislərə “söz atmağı” unutmayıb.
“Dünən gecə evimizin təhlükəsizlik siqnalı müxtəlif səbəblərdən bir neçə dəfə çaldı. Biz öyrəndik ki, oğru, cinayətkarlar evimizə soxulublar. Polis əməkdaşlarımız çox tez reaksiya verdilər, çox tez gəldilər. Düzünü desəm, onların siqnaldan 3 dəqiqə sonra orada olmalarına təəccübləndim. Polisimizin operativ, öz vəzifə borcunu yerinə yetirməsinə sevinməliyik”, - deyə o qeyd edib.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ