Onlayn ictimai-siyasi qəzet
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.
DSX-dən həmçinin bildirilib ki, mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ