Onlayn ictimai-siyasi qəzet
İstanbul Şişlidə mənzilə silahlı basqın nəticəsində biri hamilə qadın olmaqla 2 nəfər həlak olub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kuştəpə məhəlləsindəki binanın birinci mərtəbəsindəki mənzildə baş verib.
S.Y. G.K. və D.K. O, polisə zəng edərək dostlarının evdə güllələndiyini deyib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən polis qrupları mənzilin qonaq otağında biri hamilə qadın olmaqla iki nəfərin - Kader Küçükcoşkun və Gültekin Gezerin qanlar içində yerdə uzandığını görüblər.
Sağlamlıq qrupları ağır vəziyyətdə olan yaralıları ilkin tibbi yardımdan sonra xəstəxanaya aparıblar. Kader Küçükcoşkun və Gültekin Gezer aparıldıqları xəstəxanada həyatını itirib.
Hücumdan sonra bölgədə olan 4 nəfərin qaçması bölgədəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Qaçan şübhəlilərin tutulması üçün əməliyyatlara başlanılıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ