Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı silahlar üçün avadanlıqların alınması üçün birgə dövlətlərarası müdafiə fondu yaratmağı planlaşdırır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd layihəsi liderlərin masasına qoyulub.
Məlumata görə, bu həftə Aİ-nin maliyyə nazirləri “Avropa Müdafiə Mexanizmi” (European Defence Mechanism – EDM) adlı fondun yaradılmasını müzakirə edəcəklər. Yeni fondun məqsədi müdafiə texnikası almaq və ona sahib olmaq, texnikadan istifadə edən Aİ üzv dövlətlərindən istifadə haqqı almaq olacaq.
Bundan əlavə, EDM qeyri-Aİ ölkələrini də – məsələn, Böyük Britaniya, Ukrayna və Norveç kimi dövlətləri qəbul etməyi və onlara kreditlər verməyi nəzərdə tutur.
Belə bir fondun qurulması ideyası Bruegel adlı analitik mərkəz tərəfindən hazırlanıb. Layihəyə görə, fond müdafiə sahəsində maliyyələşdirməni təmin edəcək, lakin eyni zamanda Aİ ölkələrinin dövlət borclarının artmasının qarşısını alacaq.
Yeni fond layihəsinin müzakirəsi şənbə günü Aİ-nin maliyyə nazirlərinin Varşavada keçiriləcək qeyri-rəsmi görüşündə aparılacaq. Bu təşəbbüs, Avropa liderlərinin ABŞ-a müdafiə məsələlərində artıq tam etibar edə bilməyəcəklərini anlama fonunda, Rusiyadan gələ biləcək mümkün hücumla bağlı ümumi Avropa səviyyəsində aparılan müzakirələrin bir hissəsidir.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ