Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, sənədin lehinə 64 deputat səs verib, 7 deputat əleyhinə çıxış edib, bitərəf qalan olmayıb. Müxalifətdəki "Hayastan" fraksiyası isə səsvermədə iştirak etməyib.
Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları qanunun qəbulunu dəstəkləyib, "Şərəfim var" müxalifət fraksiyası isə əleyhinə səs verib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi ümumxalq referendumu ilə həll olunmalıdır.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ