İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın hərbi büdcəsi azaldılacaqmı? 

“Hərbi büdcənin azaldılıb-azaldılmayacağı və ya artırılacağı barədə xəbərim yoxdur, çünki maliyyə məsələləri mənim səlahiyyətimə daxil deyil”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan tərəfindən səslənib.

Onun sözlərinə görə, bu il görülən işlərin həcmi gələn il də davam etdiriləcək:

“Orta müddətli proqramlarda nəzərdə tutulmuş bütün xərclər tam həcmdə icra olunacaq. Dövlət büdcəsi dekabr ayında təsdiqlənəcək və o zaman yekun aydınlıq yaranacaq. Lakin yanaşma dəyişməz qalır:
proqramlar çərçivəsində nəzərdə tutulan vəsait 2026-cı ildə də ayrılacaq”, – deyə Sarkisyan qeyd edib.
Erməni nazir müavini vurğulayıb ki, Müdafiə Nazirliyi 2024–2025-ci illərdə olduğu kimi eyni məntiqlə fəaliyyətini davam etdirəcək və qurumun funksiyalarını icra etmək üçün nəzərdə tutulan satınalmaların həcmi azalmayacaq.

Azərbaycanın silahlanmanı artırması ilə bağlı jurnalistlərin narahatlığına toxunan Sarkisyan xatırladıb ki, son otuz ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən dəfələrlə böyük olub:

“Əgər söhbət bütün dövlət büdcəmizin Azərbaycanın hərbi büdcəsinə çatdırılmasından gedirsə, belə bir şey olmayacaq”, – deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR