Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, müğənni sosial şəbəkə vasitəsi ilə xanımlara çağırış edib.
“Atamı sevirəm. Yaxşı ki, varımsan, ata. Qızlar, həyat yoldaşınızın səhvini qızlarınızın xatirinə bağışlayın. Qızlarınızı atasız qoymayın. Qızımı bu hisslərə görə qardaşımdan ayıra bilmirəm. Çünki ona bütöv ailəni yalnız atası yaşada bilər. Amma yenə də Nəfisə qızım mənim dünyamdır, yeganə əvəzsiz sevgimdir. Ata və qız sevgisi heç bir sevgi ilə əvəz edilə bilməz”, - deyə Nigar Şabanova qeyd edib.
Könül
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ