Onlayn ictimai-siyasi qəzet
Madrid "Real"ının ulduz futbolçusu Luka Modriç Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıda bilər.
Bununla bağlı klubun rəsmisi Vlatko Peras danışıb. O bildirib ki, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, Zaqreb təmsilçisinin yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.
Əlavə edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun uğurları üçün çalışır./Offsideplus.az
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ