Onlayn ictimai-siyasi qəzet
Rusiya ABŞ-la dialoqun bərpasına açıqdır, lakin yalnız bəyanatlara deyil, konkret addımlara əsaslanmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a verdiyi açıqlamada səsləndirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Moskva ilə münasibətlərin normallaşdırılması üçün müəyyən təşəbbüslərlə çıxış edir.
Şoyquya görə, amerikalı tərəfin atdığı ilk addımlar praktik yanaşmadan xəbər verir. ABŞ-ın əvvəlki rəhbərliklərin bəzi köhnəlmiş yanaşmalarından uzaqlaşaraq daha realist mövqe sərgilədiyini vurğulayan Şoyqu, bu dəyişikliklərin müsbət qarşılandığını bildirib.
O əlavə edib ki, tərəflər arasında mövcud olan dərin və sistemli problemlərin həlli vaxt tələb edir və bu proses asan olmayacaq. “Keçmiş təcrübə göstərir ki, Birləşmiş Ştatlarla münasibətlərdə yalnız real addımlara etibar etmək olar. Lakin, qədim Çin məsəlinin də dediyi kimi, uzun bir yol da ilk addımla başlayır. Biz artıq bu yolda hər iki tərəfdən müəyyən irəliləyişlər müşahidə edirik,” – deyə o qeyd edib.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ