Onlayn ictimai-siyasi qəzet
Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.
F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ