İnsanlara hürriyət, millətlərə istiqlal!

Devid Lemminin Azərbaycan haqda cəsarətli və dəqiq bəyanatı onu göstərir ki... - Vatson

"Devid Lemminin Azərbaycanın öz ərazilərini azad etməsi ilə bağlı cəsarətli və dəqiq bəyanatı yeni hakim Leyborist hökumətinin Azərbaycana münasibətinin göstəricisidir".

Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyanın tanınmış jurnalist-politoloqu Neil Vatson deyib.

NAİL.jpg (108 KB)

"Əvvəlki sağçı mühafizəkar hökumətin Azərbaycanla yaxşı münasibəti var idi, lakin bu, daha çox BP-nin rəhbərlik etdiyi neft və qaz fəaliyyətlərinə yönəlmişdi.

Təəssüf ki, İkinci Qarabağ müharibəsi ilə bağlı bir çox bəyanatlar birmənalı olub və hətta Böyük Britaniyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri səfir Nil Holland kimi aparıcı diplomatlar da əvvəllər erməni ritorikasını dəstəklədiklərini nümayiş etdiriblər. Təbii ki, Devid Lemmi Britaniyanın sağçı mediasında, məsələn, "The Spectator" jurnalında tənqid olunur, lakin o, təcrübəli və hörmətli siyasətçidir və bu, Böyük Britaniya-Azərbaycan münasibətlərində humanitar müstəvidə yeni və müsbət addımdır", - deyə Neil Vatson qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyanın erməni icması bu ölkənin xarici işlər naziri Devid Lemmi üzərinə total hücuma keçib.

D. Lemmi "Substack" platformasında nəşr olunan məqaləsində Azərbaycanın 90-cı illərin əvvəlində itirdiyi torpaqları azad etməsindən də bəhs edib.

Musavat.com xəbər verir ki, onun bu açıqlaması Britaniyadakı Ermənistan səfirliyi və erməni icması, eləcə də ümumilikdə ermənipərəst qüvvələri qəti şəkildə məyus edib.

Britaniya mediası Ermənistanın Britaniyadakı səfirliyinin Britaniya XİN-dən bu barədə açıqlama tələb etdiyini yazır. Sosial şəbəkələrdə erməni icmasının fəalları Devid Lemmiyə qarşı fəal kampaniyaya başlayıb. Dövlət katibinin Azərbaycanın mövqeyinə uyğun ifadədən istifadə etməsi ilə heç cür barışmayan ermənilər irqçilik əsasında Devid Lemminin ünvanına şəxsi yönümlü mənfi şərh və fikirlər yazır, onun istefasını tələb edirlər.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR