Onlayn ictimai-siyasi qəzet
"Ədalətli Rusiya – Həqiqət Uğrunda" partiyasının lideri Sergey Mironov "Crocus City Hall" konsert zalının bərpa edilməməsini, əvəzində həmin yerdə memorialın yaradılmasını təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Mironovun fikrincə, nə konsert zalının bərpası, nə də bu ərazidə hər hansı başqa obyektin tikintisi müzakirə oluna bilməz.
O vurğulayıb ki, bu mövqe partiya üçün prinsipial əhəmiyyət daşıyır.
"Ədalətli Rusiya – Həqiqət Uğrunda" partiyası hesab edir ki, "Crocus City Hall"ın yerində mart ayında baş vermiş faciənin qurbanlarının xatirəsinə memorial kompleks inşa edilməlidir.
Mironov əlavə edib ki, abidənin layihəsi həlak olanların ailələri ilə razılaşdırılmalıdır.
Xatırladaq ki, "Crocus City Hall"da terror aktı 22 mart 2024-cü ildə baş verib və 145 nəfərin həyatına son qoyub. May ayında FTX hadisə ilə bağlı 10-dan çox şəxsin saxlanıldığını açıqlayıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ