Onlayn ictimai-siyasi qəzet
Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında uzun müddətdən sonra çəpgözlük əməliyyatlarının icrasına başlanılıb.
Tibb müəssisəsinə müraciət zamanı daxili çəpgözlük diaqnozu təyin edilən 13 yaşlı pasiyent üzərində icra olunan əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonra pasiyentdə daxili çəpgözlük tamamilə aradan qaldırılıb.
Əməliyyat oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova tərəfindən anestezioloq-reanimatoloq Qara Qarayevin iştirakı ilə icra olunub.
Görmədə ikiliyin qarşısı alınan və itiliyi artan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında Oftalmologiya şöbəsi fəaliyyət göstərir. Hazırda 11 həkimin çalışdığı şöbədə gözün müayinəsi və cərrahi əməliyyatlar icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin burada gün ərzində təxminən 60-dan çox vətəndaşa ambulator tibbi xidmət göstərilir.
TƏBİB tərəfində tabeli tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ