İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazanın ilk gününün duası - İmsak və iftar VAXTLARI 

Sabah Ramazan ayının ilk günüdür. 

Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2025-ci il üzrə hesablamalarına görə, bu il Ramazan ayının başlanma tarixi Miladi təqvimlə martın 1-nə təsadüf edəcək. 

İmsak vaxtı 05:49, iftar isə 18:47-də olacaq.

Miladi 2025 Hicri 1445 Həftənin günləri İmsak vaxtı Sübh azanı Gün çıxır Zöhr azanı Əsr azanı Gün batır Məğrib azanı İşa azanı
1 mart 1 Ramazan Şənbə 05:49 05:54 07:14 12:53 16:49 18:32 18:47 19:47
2 mart 2 Ramazan Bazar 05:47 05:52 07:12 12:53 16:50 18:34 18:48 19:48
3 mart 3 Ramazan Bazar ert. 05:46 05:51 07:11 12:53 16:51 18:35 18:49 19:49
4 mart 4 Ramazan Çərşənbə ax. 05:44 05:49 07:09 12:52 16:52 18:36 18:50 19:50
5 mart 5 Ramazan Çərşənbə 05:43 05:48 07:07 12:52 16:53 18:37 18:51 19:52
6 mart 6 Ramazan Cümə axş. 05:41 05:46 07:06 12:52 16:54 18:38 18:52 19:53
7 mart 7 Ramazan Cümə 05:40 05:45 07:04 12:52 16:54 18:39 18:53 19:54
8 mart 8 Ramazan Şənbə 05:38 05:43 07:03 12:51 16:55 18:40 18:54 19:55
9 mart 9 Ramazan Bazar 05:36 05:41 07:01 12:51 16:56 18:41 18:55 19:56
10 mart 10 Ramazan Bazar ert. 05:35 05:40 07:00 12:51 16:57 18:42 18:56 19:57
11 mart 11 Ramazan Çərşənbə ax. 05:33 05:38 06:58 12:51 16:58 18:43 18:57 19:58
12 mart 12 Ramazan Çərşənbə 05:31 05:36 06:56 12:50 16:59 18:45 18:59 19:59
13 mart 13 Ramazan Cümə axş. 05:30 05:35 06:55 12:50 17:00 18:46 19:00 20:00
14 mart 14 Ramazan Cümə 05:28 05:33 06:53 12:50 17:01 18:47 19:01 20:01
15 mart 15 Ramazan Şənbə 05:26 05:31 06:51 12:49 17:01 18:48 19:02 20:03
16 mart 16 Ramazan Bazar 05:25 05:30 06:50 12:49 17:02 18:49 19:03 20:04
17 mart 17 Ramazan Bazar ert. 05:23 05:28 06:48 12:49 17:03 18:50 19:04 20:05
18 mart 18 Ramazan Çərşənbə ax. 05:21 05:26 06:47 12:49 17:04 18:51 19:05 20:06
19 mart 19 Ramazan Çərşənbə 05:20 05:25 06:45 12:48 17:05 18:52 19:06 20:07
20 mart 20 Ramazan Cümə axş. 05:18 05:23 06:43 12:48 17:05 18:53 19:07 20:08
21 mart 21 Ramazan Cümə 05:16 05:21 06:42 12:48 17:06 18:54 19:08 20:09
22 mart 22 Ramazan Şənbə 05:14 05:19 06:40 12:47 17:07 18:55 19:09 20:11
23 mart 23 Ramazan Bazar 05:13 05:18 06:38 12:47 17:08 18:56 19:10 20:12
24 mart 24 Ramazan Bazar ert. 05:11 05:16 06:37 12:47 17:09 18:57 19:11 20:13
25 mart 25 Ramazan Çərşənbə ax. 05:09 05:14 06:35 12:47 17:09 18:58 19:12 20:14
26 mart 26 Ramazan Çərşənbə 05:07 05:12 06:33 12:46 17:10 18:59 19:13 20:15
27 mart 27 Ramazan Cümə axş. 05:05 05:10 06:32 12:46 17:11 19:00 19:14 20:16
28 mart 28 Ramazan Cümə 05:04 05:09 06:30 12:46 17:11 19:01 19:15 20:18
29 mart 29 Ramazan Şənbə 05:02 05:07 06:29 12:45 17:12 19:02 19:17 20:19
1-2 Şəvval (30-31 mart) - Ramazan (Fitr) bayramıdır!

Birinci günün imsak duası:

“Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!”

Tərcüməsi:

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR