İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinli nazir yoxa çıxdı

Çinin texnoloji super gücə çevrilməsində mühüm rol oynayan sənaye və informasiya texnologiyaları naziri Cin Çjuanlun iki aydır ictimaiyyət arasında görünmür. Nazir süni intellektin inkişafına və yarımkeçiricilərin istehsalına nəzarət edirdi.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşr yazır ki, dekabr ayının sonlarından etibarən o, vacib dövlət toplantılarında iştirak etmir. Halbuki bundan öncə demək olar ki, hər gün görüşlər keçirir, konfranslarda çıxış edir və baş nazir Li Çian ilə səfərlərdə olurdu. Noyabrda isə "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə görüşərək Çində daha çox innovasiyalara investisiya yatırmağa çağırmışdı.

"South China Morning Post" nəşrinin məlumatına görə, Cin Çjuanlun vəzifəsindən kənarlaşdırılıb, onun yerinə Lyaonin vilayətinin keçmiş qubernatoru Li Leçen təyin olunub. Bundan əlavə, nazirin adı nazirliyin rəsmi saytında yüksək vəzifəli şəxslər siyahısından çıxarılıb.

"Financial Times"ın dörd mənbəsi iddia edir ki, Cin Çjuanlun rüşvət qalmaqalında adı hallanan fiqurlardan biri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR