Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voloqod vilayətinin rəhbərliyi miqrantların tikinti sahəsində işləməsini qadağan edib.
Musavat.com xəbər verir ki, bu, vilayət qubernatoru Georgi Filimonovun qərarında əksini tapıb.
Yeni siyahıya əsasən, miqrantlar binaların tikintisi və sökülməsi, sənaye avadanlıqlarının quraşdırılması, tikinti sahələrinin hazırlanması, eləcə də üzlük və dam örtüyü işlərində çalışa bilməyəcəklər.
Sənəd artıq imzalanıb və qüvvəyə minib.
Bənzər qadağa daha əvvəl Krasnodar diyarında da tətbiq edilib. Orada miqrantların dekabrdan etibarən tikinti sahəsində işləməsinə icazə verilmir.
Fevral ayının ortalarında isə Sankt-Peterburq Administrasiyasının Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin həyata keçirilməsi komitəsinin sədri Oleq Kapitanov bəyan edib ki, şəhərdə bəzi sahələrdə, o cümlədən kuryer xidməti sahəsində də əcnəbilərin çalışmasına qadağa qoyula bilər.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ