Onlayn ictimai-siyasi qəzet
Amerikanın "Citigroup" bankı səhvən müştərinin hesabına 81 trilyon dollar köçürüb.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşr yazır ki, əslində köçürülməsi lazım olan məbləğ yalnız 280 dollar olub.
Məlumata görə, köçürmə ödənişlər departamentinin işçisi və müqavilə təsdiqləyicisi tərəfindən səhvən həyata keçirilib. Bu işçinin vəzifəsi əməliyyatlar təsdiqlənməzdən əvvəl analiz etməkdir.
Səhv köçürmə keçən ilin aprelində baş verib, amma yalnız indi məlum olub. Eyni zamanda, nəşr qeyd edir ki, nə ödənişi həyata keçirən işçi, nə də əməliyyatları yoxlamalı olan ikinci vəzifəli şəxs səhvin fərqinə varmayıb. Şübhəli əməliyyat yalnız 1,5 saat sonra üçüncü bank işçisi tərəfindən aşkar edilib və bir neçə saat sonra köçürmə ləğv edilib.
"Citigroup" səhvin bankın daxili prosedurları sayəsində müəyyən edildiyini bildirərək, vəsaitlərin bankdan çıxmasına icazə verilmədiyini vurğulayıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ