Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi ABŞ-ın azaltdığı yardımı kompensasiya etmək üçün təxminən iki dəfə artırmalıdır.
Musavat.com xəbər verir ki, bunu "The Economist" yazıb.
Jurnalın hesablamalarına əsasən, bu məqsədə çatmaq üçün Avropanın xərcləri ÜDM-in 0,4%-nə qədər yüksəldilməlidir.
Bəzi Avropa ölkələri artıq bu göstəricini aşır. Məsələn, Danimarka Ukraynaya yardım üçün ÜDM-in 0,4%-indən iki dəfə çox vəsait ayırır.
Bu çağırış Avropa Birliyinin gələcək strategiyası və Ukraynaya dəstək mövzusunda ciddi müzakirələrə səbəb olub.
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ