Onlayn ictimai-siyasi qəzet
Yunanıstanda nəqliyyat sektoru işçilərinin ümummilli tətili fonunda etirazlar iğtişaşlara çevrilib.
Musavat.com xəbər verir ki, iki il əvvəl baş vermiş dəhşətli qatar qəzasının ildönümü ilə əlaqədar keçirilən mitinq zamanı nümayişçilər polisə Molotov kokteylləri atıb.
Polis isə cavab olaraq gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.
Bu qarşıdurmalar 28 fevral 2023-cü ildə Tesaliya bölgəsində 57 nəfərin ölümünə səbəb olan sərnişin və yük qatarlarının toqquşması faciəsindən sonra yaranan narazılıqlarla bağlıdır. Qurbanların ailələri hökuməti faktları gizlətməkdə və günahkarları cəzalandırmamaqda ittiham edir.
24 saatlıq tətil çərçivəsində Afina şəhərətrafı qatarların hərəkəti tamamilə dayandırılıb, şəhərin taksi sürücüləri də etiraza qoşulub. Yunanıstan tarixində ən faciəvi dəmir yolu qəzasının ildönümü etiraz dalğasını daha da gücləndirib.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ