Onlayn ictimai-siyasi qəzet
Baş ağrısını gözlənilməz amillər yarada bilər. Bu haqda məlumatlı olmaq vacibdir.
Baş ağrısı müxtəlif səbəblərdən yarana bilər, o cümlədən qoxuların təsiri nəticəsində. Məsələn, parfüm bu cür tetikleyici amillərdən biridir. Buna görə də hansı ətirlərin daha yaxşı olduğu və hansılarından uzaq durmaq lazım olduğu barədə məlumatlı olmaq önəmlidir.
Baş ağrısına səbəb olan əşyaları təqdim edir:
Kəskin qoxular burun boşluğundakı və beyindəki sinir yollarını aktivləşdirərək baş ağrısına səbəb ola bilər. Xüsusilə kimyəvi maddələrə həssas olan insanlar bu təsiri daha çox hiss edə bilərlər.
Bəzi qoxular üzü həssas edən, həmçinin çeynəmə və udma hərəkətlərinə cavabdeh olan trigemin sinirinə təsir edir.
Baş ağrısına təkcə parfüm deyil, həm də yuyucu vasitələr, hava təravətləndiriciləri və hətta şampunlar səbəb ola bilər. Çünki bu məhsulların tərkibində aqressiv kimyəvi birləşmələr mövcuddur.
Əgər siz qoxuların yaratdığı baş ağrısına meyllisinizsə, kəskin notlara malik parfümlərdən və güclü ətirli kosmetik və məişət vasitələrindən uzaq durmağa çalışın. Ətir qatqısı olmayan hava təravətləndiricilərindən istifadə edin və otaqları mümkün qədər tez-tez havalandırın.
Baş ağrısı riskini necə azaltmaq olar?
Baş ağrısının qarşısını almaq üçün kompleks yanaşma vacibdir. Qoxular burada rol oynaya bilər, lakin stress və gərginlik də mühüm təsir göstərir.
Baş ağrısının başqa bir mümkün səbəbi gecə dişləri qıcamaq (bruksizm) ola bilər. Bu, təkcə baş ağrısına deyil, həm də çənə ağrısına səbəb ola bilər.
Nizamlı və keyfiyyətli yuxu baş ağrılarının tezliyini azalda bilər. Bundan əlavə, orqanizmin yetərli maye qəbul etməsinə nəzarət etmək vacibdir, çünki susuzluq tez-tez baş ağrısına səbəb olur.
Baş ağrısına meylli insanlar üçün fiziki fəaliyyət, nəfəs texnikaları, yoqa və meditasiya faydalı ola bilər./Lent.az
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ