İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunu ağlatdığı üçün ana 12 yaşlı uşağı avtomobili ilə əzdi - FOTO

Türkiyənin Bolu şəhərində 33 yaşlı Gülcan Mutlu Ulusoy oğlunu ağlatdığı üçün 12 yaşlı Eren Y.-ni avtomobillə vuraraq yaralayıb.

Hadisə 11 avqust 2024-cü ildə Gerede rayonunun Kitirlər məhəlləsində baş verib. Belə ki, küçədə oyun oynayan Eren Y. Boncuk oyuncaq tapançası ilə T.U.-ya atəş açıb. Oğlan ağlayaraq evinə gedib və baş verənləri anası Gülcan Mutlu Ulusoya danışıb.

Əsəbiləşən ana avtomobilinə minərək küçədə velosiped sürən Eren Y.-ni vurub. Uşaq avtomobilin altında qalaraq yaralanıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Uşaq xəstəxanada müalicə edildikdən sonra evə buraxılıb. Gülcan Mutlu Ulusoy isə saxlanılıb və ilkin olaraq ev dustaqlığına məhkum edilib.

Bolu 1-ci Ağır Cinayətlər Məhkəməsində “Özünü müdafiə edə bilməyən uşağı qəsdən öldürməyə cəhd” ittihamı ilə mühakimə olunan Ulusoy son məhkəmə iclasında ifadə verib. O, bəraət tələb edib. Əzilən uşağın atası Selçuk Y. isə etiraz edərək “Bu qadın mənim övladımın həyatı ilə oynayıb. Lazımi cəzanı almasını istəyirəm” - deyə, bildirib.

Məhkəmə heyəti Gülcan Mutlu Ulusoyu 2 il 11 ay həbs cəzasına məhkum edib və onun ev dustaqlığını ləğv edib./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR