İnsanlara hürriyət, millətlərə istiqlal!

Xantı-Mansıda poqon adamları “Rus icması” nasistləri ilə əməkdaşlıq edir

Xantı-Mansı muxtar dairəsində hüquq-mühafizə orqanlarının əməkdaşları fəal və kütləvi şəkildə “Rus icması” radikal millətçi hərəkatına qoşulurlar.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu sırada sıravi əsgərlər, çavuşlar və polis və İstintaq Komitəsinin kiçik zabitləridir.

Qeyd olunur ki, bu qurumun fəaliyyəti getdikcə daha çox hüquq-mühafizə orqanlarının işi ilə kəsişir. Hətta bəzi hallarda təhlükəsizlik qüvvələri hərəkat üzvlərini həbslər zamanı şahid qismində dəvət edirlər. Məsələn, Nijnevartovskda fəallar azyaşlıya təcavüz etməkdə şübhəli bilinən şəxsi saxlayarkən belə rol oynayıblar.

Lakin o da bildirilir ki, bu əməkdaşlıq artıq ciddi nəticələrə gətirib çıxarır. Eyni vəziyyətdə, Nijnevartovskda icma nümayəndələri uşağın üzünü və şəxsi məlumatlarını qeyd edərək həbsi lentə alıblar, sonra bu materialı dərc ediblər, bu da mediada məlumatların yayılmasına səbəb olub.

Bölgədəki polis rəhbərliyi vəziyyətdən, xüsusən də əməliyyat məlumatlarının sızması ilə bağlı narahatdır. Eyni zamanda, təşkilatın statusu və federal orqanların bu cür əməkdaşlığa mümkün reaksiyası barədə rəsmi məlumat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR