Onlayn ictimai-siyasi qəzet
Budapeştdə daha LGBT paradları olmayacaq, çünki onlara rəhbərlik edən ABŞ səfiri ölkəni tərk edib.
Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda bildirib.
Onun sözlərinə görə, söhbət Devid Pressman adlı diplomatdan gedir, o, yanvar ayında Macarıstanı tərk edib.
ABŞ hələlik yeni səfir təyin etməyib.
"Əvvəl Budapeştdə yürüşə rəhbərlik edən amerikalı səfir artıq ölkəni tərk edib, buna görə də bu tədbir artıq beynəlxalq qorunmadan məhrumdur və baş tutmayacaq", – deyə Orban açıqlama verib.
Daha əvvəl Viktor Orban dəfələrlə vurğulayıb ki, Macarıstan qeyri-qanuni miqrasiya və uşaqlar arasında LGBT təbliğatına qarşı Avropa Komissiyasına heç bir güzəştə getməyəcək.
Pressman isə səfir vəzifəsində işləyərkən Macarıstan rəsmilərinin həmişə onu LGBT məsələləri ilə bağlı söhbətlərə cəlb etməyə çalışdığını və Rusiya prezidenti Vladimir Putinin siyasətini müzakirə etməkdən yayınmasından şikayətlənib.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ