İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakının növbəti hədəfi Ter-Petrosyan, Köçəryan və Sarkisyandır”

“Mövcud vəziyyət bir daha təsdiqləyir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri yerli türkoloq Varujan Qeqamyan səsləndirib.

“İndiki proses sadəcə olaraq Azərbaycan tərəfinin Ermənistanın de-fakto hakimiyyəti tərəfindən ardıcıl olaraq yerinə yetirilən şərtlər və tələblər irəli sürməsi ilə bağlıdır. Bütün bunlar deyilənlərin fonunda baş verir. “80% razılaşdırılmış sülh müqaviləsi”, amma fakt budur ki, imzalanmış müqavilə yoxdur, sülh yoxdur, yalnız bir şey var - Azərbaycanın artan tələbləri. Başqa sözlə, biz hər mənada iflasa uğramış bir xarici siyasət ilə üzləşirik.

Ermənistan hakimiyyəti artan təhlükəsizlik təhdidlərini neytrallaşdırmaq üçün heç bir təsirli addım ata bilməyib” - Qeqamyan deyib.

Erməni ekspertin fikrincə, bundan sonra Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan Azərbaycanın təqib hədəfinə çevriləcəklər:

“Hətta bütün ermənilərin katolikosu və bir çox başqaları da hədəf ola bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR