İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Yaxın Şərq regionundakı hadisələr barədə əvvəlcədən kəşfiyyat məlumatlarına sahib idi"

Azərbaycanın suverenliyini təmin etmək üçün həyata keçirdiyi antiterror əməliyyatları Yaxın Şərq kontekstində düzgün zamanlama idi. Bu qlobal geostrateji rəqabətləri nəzərə alaraq əməliyyatların uyğun geosiyasi şərtlərini və nəticələrini əvvəlcədən hesablama idi. Əməliyyatlardan təxminən 20 gün sonra HƏMAS-İsrail görünməmiş genişmiqyaslı müharibəsinin başlamasının Qafqaza da mənfi təsirləri qaçılmaz idi.

Musavat.com xəbər verir ki, bunu siyasi analitik Aqşin Kərimov bildirib.

"Deməli Azərbaycan İranın Cənubi Qafqazda aktiv fazalı hərəkətinə səbəb olacaq Yaxın Şərq regionundakı hadisələr barədə əvvəlcədən kəşfiyyat məlumatlarına sahib idi. Buna görə də Azərbaycan-İran təmasları Tehranı regional nəticələrə hazırlamaq baxımından önəm daşıyırdı"- deyə analitik bildirib.

Ekspert əlavə edib ki, ən vacib nöqtə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaza təsirlərini ölçmək idi:

"Əslində proses 2022-ci ilin dekabrında Laçın yolunda ekoaktivistlərin aksiyası ilə bu mərhələdə ilkin praktiki addımlar idi. Avropa İttifaqı formatında isə Bərdə-Xankəndi yolu ilə daşımalar barədə razılıq əldə edildi, ancaq Ermənistan bunu sabotaj etməyə qərar verdi.

Rusiya-Azərbaycan gərginlikləri də başlamışdı, buna görə də Bakı düzgün informasiya əməliyyatları apardı, bu həm Moskva ilə əlaqələrin xatırladılması, həm də gərginliklərin Kreml üçün mənfi nəticələrini yada salmaq üçün aparılan informasiya əməliyyatlarını özündə ehtiva edirdi.

Qərbdən Azərbaycana qarşı başlanan təzyiqlər (humanitar karvan şousu) Bakını antiterror əməliyyatlarının geosiyasi vektorlarını tənzimləməyə imkan yaratdı. Yəni Bakı provakasiyaları fürsətə çevirdi və nəticədə Qərb özü də bilmədən Azərbaycanın əlinə oynadı".

A.Kərimov qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Azərbaycan dövlətinin qərarları ilə separatizmin məhvi üçün mühasirə tuneli yaradılırdı:

"Bu, Azərbaycanın elit qüvvələrinin bilinən və bilinməyən əməliyyatları, yeni hərbi hissələrin yaradılması ilə müşayiət olunurdu. Bura hələ əvvəldən aparılmış bir neçə silahlı tədbir də daxil idi. Təbii ki, bütün bunlar döyüş meydanı üçün koridor açırdı və qəhrəman hərbçilərimiz öz sözlərini hərb meydanında dedilər".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR