Onlayn ictimai-siyasi qəzet
“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.
28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.
Yarımmüdafiəçi klubun saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar bərpa prosesi keçirəm. Gündəlik həkim müayinələrində olur, müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”. (Fanat.Az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ