İnsanlara hürriyət, millətlərə istiqlal!

Atilla Kaya Xankəndi və digər azad olunan torpaqlarda oldu - FOTOLAR

 

Türkiyə parlamentinin sabiq deputatı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Genəl Başqanının sabiq müavini, Qarabağ qazisi Atilla Kaya və hərəkat dostları azad olunan torpaqları ziyarət ediblər.

Kəlbəcər, Ağdam, Xocalı, Əsgəran, Şuşa, Laçın və Xankəndini ziyarət edən Atilla Kaya öz təəssüratlarını Musavat.com-un müxbiri ilə  bölüşüb.

O deyib ki, rəşadətli Azərbaycan Ordusunun, şəhidlərimizin və qazilərimizin sayəsində 30 il işğalda qalan torpaqları ziyarət etmək böyük şərəfdir:

"Nəhayət, tarixi ədalət öz yerini aldı və Azərbaycan türkləri işğal altında olan torpaqları azad etdilər. Getdiyimiz hər yerdə həyat qaynayır, böyük inşaat işləri, kommunikasiyaların bərpası gedir. Ermənilərin vəhşicəsinə xarabalığa çevirdiyi Ağdam, Kəlbəcər və digər ərazilərin yenidən dirçəldilməsi qürurvericidir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı diləyirəm".

Musavat.com bildirir ki, Atilla Kaya 1992-1993-cü illərdə MHP gəncləri ilə birlikdə Azərbaycana gəlmiş, torpaqlarımızın qorunması uğrunda erməni işğalçılarla döyüşlərdə iştirak etmişdir. Tovuzun Kirən kəndində qurulan "Rüzgar kampı" Türkiyə və Azərbaycanda çox məşhurdur və bu düşərgə ilə bağlı bir neçə kitab yazılıb. Atilla Kaya və Türk Ordusunun mayoru Hamit İltaş "Rüzgar kampı"nın rəhbərləri olublar.

Onlar əməliyyatlarda göstərdiyi rəşadətə görə zamanında Azərbaycan dövləti tərəfindən təltif edilmişlər.

Atilla Kayanı bu səfərdə əski MHP funksioneri Suat Başaran və iş adamı Mehmet Şerefoğlu müşayiət ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR