İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üzərinə “Şahed” yağışı – Rusiyanın DƏHŞƏTLİ HÜCUMU BAŞLADI

Ukrayna mənbələrinin verdiyi məlumata görə, iyunun 1-nə keçən gecə saat 00:50-yə olan vəziyyətə əsasən, ölkə üzərində 150-yə yaxın İran istehsalı “Şahed” tipli kamikadze dron havaya buraxılıb. Pilotsuz uçuş aparatları daha əvvəlki hücum marşrutları üzrə irəliləyir.

Musavat.com xəbər verir ki, dron hücumlarının hələ də davam etdiyi və bu gecə ərzində ümumilikdə 300-400 ədəd “Şahed”in buraxılmasının gözlənildiyi bildirilib.

Bu, Ukraynaya qarşı istifadə edilən kamikadze dronların sayına görə yeni rekord ola bilər.

Ukrayna hərbi və təhlükəsizlik strukturları ciddi hava təhlükəsi barədə əhalini xəbərdar edib və bütün ölkə üzrə mümkün hücumlara qarşı hazırlıq vəziyyətinə keçilib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR