İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Gürcüstan vətəndaşlarının deportasiyasına başladı: İlk təyyarədə...

ABŞ bir qrup Gürcüstan vətəndaşını öz ölkələrinə deportasiya edib.

Musavat.com “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, məlumat Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Nazirliyinin bəyanatında yer alıb.

Deportasiya edilənlərin olduğu təyyarə bu gün Tiflis beynəlxalq hava limanına enib. Səhiyyə Nazirliyi onların sayını dəqiqləşdirməyib. Hadisə yerindən çəkilmiş kadrlara əsasən, söhbət azı iyirmi nəfərdən gedir.

Vətəndaşları hava limanında səhiyyə nazirinin müavini Giorgi Tsaqareişvili qarşılayıb. O, onlara vətənə qayıdanların uyğunlaşmasına kömək edəcək dövlət proqramları və xidmətləri haqqında məlumat verib.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin məlumatına görə, 2024-cü ilin noyabrına ölkədən deportasiya olunmaq üçün siyahıda 833 Gürcüstan vətəndaşı olub.

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra qeyri-qanuni miqrantların deportasiyası üçün aktiv səylər göstərməyə başlayıb.

O, hətta qeyri-qanuni mühacirlərə ABŞ-ı tərk etmələri müqabilində 1000 dollar ödənilən “özünü deportasiya” proqramını işə salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR