İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ müdafiə naziri: Çin Tayvana qarşı “qaçılmaz” təhdid yaradır

ABŞ müdafiə naziri Pit Hegset Çinin Tayvana qarşı real hərbi təhdid yaratdığını bildirib və Asiya ölkələrini Vaşinqtonla sıx əməkdaşlığa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Hegset Sinqapurda keçirilən yüksək səviyyəli Asiya müdafiə sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, ABŞ Çin üzərində “nə hökmranlıq etmək, nə də onu boğmaq” niyyətindədir, lakin öz müttəfiqlərinin qorxudulmasına da imkan verməyəcək.

ABŞ rəsmisi Pekini Asiyada hegemonluq etmək istəyən və regionun bir çox hissəsinə nəzarət etməyə çalışan bir güc adlandırıb. O əlavə edib ki, Çin balansı dəyişmək məqsədilə hərbi gücdən istifadə etməyə hazırlaşır və bu prosesin 2027-ci ildə baş verə biləcəyi istisna deyil. ABŞ rəsmiləri uzun illərdir bu ili Tayvana mümkün müdaxilə tarixi kimi göstərirlər. Pekin isə bu iddiaları təsdiqləmir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR