Onlayn ictimai-siyasi qəzet
Fransanın paytaxtı Parisdə PSJ klubunun Çempionlar Liqasının finalında mümkün qələbəsini qeyd edən azarkeşlərlə polis arasında toqquşmalar baş verib.
Musavat.com xəbər verir ki, hazırda Paris klubu İtaliyanın “İnter” komandası ilə keçirilən final qarşılaşmasında 4:0 hesabı ilə öndədir və bu, klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində çempionluq anlamına gələ bilər. Azarkeşlər oyunun başa çatmasını gözləmədən şəhərin mərkəzində bayram etməyə başlayıblar.
Şəhər rəhbərliyi mümkün qarışıqlıqlara qarşı öncədən tədbirlər görmüş, mağaza və restoranların vitrinləri bağlanmışdı. Lakin izdihamlı küçələrdə vəziyyət nəzarətdən çıxmağa başlayıb. Polis matç başa çatmamış mərkəzi küçələri bağlayıb, bəzi bölgələrdə fanatlarla qarşıdurmalar yaşanıb. Polis əməkdaşları iğtişaşları nəzarətə almaq üçün gözyaşardıcı qaz tətbiq edib.
Hadisə yerində gərginlik hələ də davam edir.
Toğrul İSMAYIL,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ