İnsanlara hürriyət, millətlərə istiqlal!

Xusanov "Mançester Siti"də niyə oynamırdı? - ƏSL SƏBƏB AÇIQLANDI

Özbəkistan milli komandasının üzvü Abdukodir Xusanovun "Mançester Siti"də mövsümün son 2 ayında oynamamasının səbəbi açıqlanıb.

Buna 21 yaşlı müdafiəçinin müqaviləsində qeyd olunan bənd səbəb olub.

Belə ki, futbolçunun transferi zamanı "Lans"la "Mançester Siti" arasında əldə edilən razılaşmaya əsasən, Xusanov debüt mövsümündə yeni klubunda ən azı 10 matç keçirəcəyi təqdirdə, ingilislər qarşı tərəfə 5 milyon avro bonus ödəməli idilər.

Məlumatı Qazaxıstan mətbuatı yayıb.

Buna görə Xosep Qvardiola perspektivli oyunçuya cəmi 9 qarşılaşmada şans verib. Bunlardan 6-ı İngiltərə Premyer Liqasına, 2-i Federasiyası Kubokuna, 1-i isə UEFA Çempionlar Liqasında "Real Madrid"lə oyuna təsadüf edib.

Xusanov axırıncı dəfə martın 30-da "Mançester Siti" formasını geyinib. Daha sonra ehtiyat oyunçular skamyasında oturan futbolçunun adı son 4 turda ümumiyyətlə, protokola düşməyib.

Hətta bir ara Abdukodirin "Barselona"ya icarəyə veriləcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Xusanov "Mançester Siti"yə bu ilin yanvarında Fransa "Lans"ından 40 milyon avro müqabilində transfer olunub.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR