Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un təqdim etdiyi bu videonu izləyəndə görürsüz ki, normal hərəkət axını ilə irəliləyən yolda qəfil təhlükə yaranır. Videodan da göründüyü kimi, trasda hərəkət edən avtomobillər arasında qəflətən peyda olan bir “Jiquli” markalı nəqliyyat vasitəsi sürücüsünün xuliqan hərəkətləri digər sürücülər üçün ciddi təhlükə yaradır.
Məsələni ciddiləşdirən detal həm də budur ki, avtoxuliqan nəqliyyat vasitəsini nömrə niçanı olmadan idarə edirdi.
Hadisə Xırdalan postunun yaxınlığında – yəni nəzarətin yüksək olduğu ərazidə baş verir. Bu da məsələnin ən qəribə və düşündürücü tərəfidir. Hüquq-mühafizə və nəqliyyat nəzarət orqanlarının daim fəaliyyət göstərdiyi ərazidə belə cəzasızlıq hissi ilə edilən bu cür davranışlar, ictimai təhlükəsizlik baxımından narahatlıq doğurur.
Musavat.com həmin anın görüntülərini təqdim edir və müvafiq qurumları bu məsələ ilə dərhal maraqlanmağa, hadisəni törədən sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə çağırır.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ