Onlayn ictimai-siyasi qəzet
Almaniya Federativ Respublikasının kansleri Fridrix Mers gələn həftə ABŞ-a rəsmi səfər edəcək və prezident Donald Trampla ilk dəfə üzbəüz görüş keçirəcək.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib. Bildirilib ki, iki liderin görüşündə əsas diqqət Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, Yaxın Şərqdəki gərgin vəziyyət və transatlantik ticarət münasibətlərinə yönələcək.
Fridrix Mers Vaşinqtonda prezidentin rəsmi qonaq evi olan və Ağ Evə yaxın məsafədə yerləşən “Blair House”da gecələyəcək. Bu, rəsmi qonaqlara göstərilən xüsusi hörmət əlaməti kimi qiymətləndirilir.
Toğrul İSMAYIL,
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ