İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin İrana sirli təklifi: Mediaya qapalı, Peseşkiana açıq - Tehrana məktub var...

ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyətinə “məqbul təklif” təqdim edib.

Musavat.com The New York Times-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

O, bir daha Donald Trampın İranla bağlı dediklərini vurğulayıb: “Prezident Donald Tramp açıq şəkildə bildirib ki, İran heç vaxt nüvə bombası əldə edə bilməyəcək. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff İran rejiminə təfərrüatlı və məqbul bir təklif göndərib və bunu qəbul etmək onların maraqlarına uyğundur. Hazırkı razılaşmaya hörmətlə yanaşı, administrasiya bu təklifin təfərrüatlarını mediaya şərh etməyəcək".

Bundan əvvəl CNN məlumat vermişdi ki, Vaşinqton və Tehran yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı saziş bağlaya bilərlər. Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, ölkələr hələ saziş bağlamaqdan uzaqdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR