İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada faciə – körpü sərnişin qatarının üzərinə çökdü: Çoxsaylı ölü və yaralı var - VİDEO

Rusiyanın Bryansk vilayətində baş verən dəhşətli qatar qəzası dünya mediasınln gündəmini silkələyib. Musavat.com biıdirir ki, Bryansk qubernatoru Aleksandr Boqomazın verdiyi məlumata görə, Vıgoniçskiy bölgəsində bir avtomobil körpüsü, Klimov – Moskva marşrutu üzrə hərəkətdə olan sərnişin qatarının üzərinə çöküb. Nəticədə qatar relsdən çıxıb və qəza böyük insan tələfatına səbəb olub.

Rəsmi təsdiqlənmiş məlumata görə, hadisə zamanı ən azı 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb, onlardan 6 aylıq bir körpənin vəziyyəti isə olduqca ağırdır.

Boqomaz bildirib ki, qəzanın əsas səbəbi nəqliyyat infrastrukturuna edilən “qanunsuz müdaxilə” olub. Hadisənin terror və ya diversiya aktı olub-olmaması hələlik rəsmi şəkildə təsdiqlənməyib, lakin bu ehtimal da araşdırılır.

Musavat.com xatırladır ki, hadisə Moskva vaxtı ilə saat 22:44-də baş verib. 86 saylı sərnişin qatarı relsdən çıxarkən, maşinist hadisə yerində həlak olub. Qatarın onlarla sərnişini xilas olmağa çalışarkən təhlükəli vəziyyətlə üz-üzə qalıb.

Hazırda hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyi, axtarış-xilasetmə, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. Ən prioritet məsələ – dağıntılar altında qalan insanların xilas edilməsi və yaralıların təxliyə edilməsidir.

Hadisədən sonra Rusiya Nəqliyyat Nazirliyinin nəzdində operativ idarəetmə mərkəzi yaradılıb. Qəza nəticəsində evakuasiya edilən sərnişinlər üçün müvəqqəti sığınacaq məntəqələri təşkil olunub.

Rusiya KİV-ləri yazır ki, bu qəza ölkənin son illərdə yaşadığı ən ağır dəmir yolu hadisələrindən biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR