Onlayn ictimai-siyasi qəzet
ABŞ ilə tərəfdaş olan Asiya ölkələri Çinlə qarşıdurmaya hazır olmaq üçün müdafiə xərclərini artırmalıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pete Heqset Sinqapurda Şanqri-La Dialoq forumunda deyib: "Aydın şəkildə əmin olmalıyıq ki, Pekin açıq formada Hind-Sakit Okean regionunda balansı dəyişmək üçün güc tətbiq etməli olacağı ehtimalına hazırlaşır.
Bu məsələ ilə bağlı ritorikanı yumşaltmaq üçün heç bir səbəb yoxdur. Çin bizim üzləşə biləcəyimiz real təhlükədir".
Heqset vurğulayıb ki, ABŞ Avropalı müttəfiqlərindən müdafiə xərclərini artırmağa çalışır ki, onlar öz regionlarında təhlükəsizlik məsələlərini müstəqil həll edə bilsinlər. Onun sözlərinə görə, ABŞ-ın Asiya tərəfdaşları da eyni yolla getməlidir: "Rəqibləri çəkindirmək ucuz bir zövq deyil".
Eyni zamanda o, əmin edib ki, ABŞ Çinlə münaqişəyə can atmır: “Lakin biz özümüzün bizim üçün açar olan regiondan zorla çıxarılmağımıza imkan verməyəcəyik”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ