Onlayn ictimai-siyasi qəzet
Laçında tikiləcək yeni su anbarından Bakıya da su ötürüləcək.
Musavat.com bildirir ki, bu sözləri Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Laçında siyasi partiya nümayəndərləri ilə görüşdə açıqlayıb.
O, Zabuxçay su anbarı ilə bağlı görülən işlərdən, həmçinin yeni tikiləcək su anbarından söz açaraq, deyib:
"Zabuxçay su anbarının tutumu 26 milyon kubmetrdir, Laçının bir çox kəndləri, o cümlədən Qubadlı və Zəngilan rayonlarında əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur. Ehtiyac olarsa, Cəbrayıl rayonuna da suvarma üçün su verilməsi mümkündür.
Eyni zamanda cənab prezidentin tapşırığı ilə yaxın zamanlarda 91 milyon kubmetr su tutumu olacaq anbarın texniki-iqtisadi əsaslandırılması hazırlanır, layihə ərəfəsindədir. Həmin anbar da bu çay üzərində inşa olunacaq. Bu su anbarı Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə su nəql edilməsi də layihənin bir hissəsidir”.
Xalidə Gəray
Video və foto müəllifindir
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ