Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya ən azı altı yeni mərmi istehsalı fabriki tikəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı ölkənin baş naziri Key Starmer məlumat verib. Onun sözlərinə görə, ölkə həmçinin Kral Hərbi Hava Qüvvələrində xidmətdə olan uzaqmənzilli raketlərin sayını artıracaq.
O, bazar günü həftəlik The Sun qəzetində dərc olunan məqaləsində yazıb: "Bu gün İngiltərədə 1000-dən çox ixtisaslı sənaye iş yeri yaradacaq ən azı altı yeni silah-sursat fabriki tikəcəyimizi elan edirik. Biz həmçinin silahlı qüvvələrimiz üçün 7000-ə qədər uzaqmənzilli silah istehsal edəcəyik”.
Baş nazirin sözlərinə görə, "yeni nüvə riskləri", kiberhücumlar və Rusiya ilə İran və KXDR arasında dərinləşən əməkdaşlıq Böyük Britaniyanı milli müdafiəsini gücləndirməyə vadar edir: “Biz qabaqcıl hərbi imkanlara malik olan dövlətlər tərəfindən birbaşa təhdid altındayıq, ona görə də döyüşməyə və qalib gəlməyə hazır olmalıyıq”.
Məqalə Böyük Britaniya hökumətinin Strateji Müdafiə İcmalını dərc etməzdən əvvəl dərc edilib. Müdafiənin gücləndirilməsi ilə bağlı tövsiyələrin yer aldığı və ölkə üçün əsas təhlükələrin sadalandığı sənəd iyunun 2-də dərc olunacaq.
“The Times” qəzetinin yazdığına görə, Böyük Britaniya hökuməti nüvə arsenalını artırmaq niyyətindədir və ABŞ-dan B61 bombaları daşıya bilən F-35A qırıcıları almaq üçün danışıqlar aparır.
Hazırda Böyük Britaniyanın nüvə silahları yalnız ABŞ-ın Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilir. Nəşrin məlumatına görə, London bura taktiki nüvə silahı olan F35A-nı da əlavə etmək niyyətindədir.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ