Onlayn ictimai-siyasi qəzet
“Paşinyan iqtidarının siyasəti Ermənistanı məhvə aparır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın revanşist siyasətçisi, deputat Artur Xaçatryan deyib.
“Ermənistanın əsasını Ermənistan Respublikası və Dağlıq Qarabağ təşkil edib. (Xaçatryan həyasız iddialarından əl çəkməyibmiş - red.). Bu, dövlətimizin təməli idi. Bu gün Ermənistan hakimiyyəti Qarabağ erməniləri ilə diaspor erməniləri arasında parçalanma yaratmağa, erməniləri parçalamağa, ölkəni qloballaşma cərəyanlarının əsirinə çevirməyə və son nəticədə erməni kimliyini silməyə çalışır”, - deyə Xaçatryan bildirib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ