İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Sabiroğlu erməni separatçılarının məhkəməsində: “Bağışlamaram...”

Şuşalı jurnalist “torpaqdan nə xəbər var”soruşan anasının səsini heç vaxt unutmayacağını və bunu Qarabağın işğalında əli olan heç bir erməniyə bağışlamayacağını deyib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib. 

mehkeme_2.jpg (487 KB)

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. 

mehkeme_4.jpg (516 KB) 

Məhkəmədə şuşalı jurnalist, separatçıların cinayət işində Respublika Prokurorluğunun zərərçəkən kimi tanıdığı Hikmət Sabiroğlu(Zeynalov) ifadə verib.

AZƏRTAC xəbər verir ki, o H.Zeynalov Şuşa şəhəri M.H.Vəzirov küçəsində yerləşən ikimərtəbəli həyətyanı sahəsi olan fərdi evində yaşayıb. 1992-ci il mayın 14-də Xocalı rayonu Muxtarkənd və Şuşakənd istiqamətlərindən atəşə tutularkən yandırıcı tərkibli raketlərdən birinin onun yaşadığı evə düşməsi nəticəsində evləri dağılaraq bütün əşyaları ilə birlikdə tamamilə yanıb. 

17455149331361059947_1200x630.jpg (603 KB)

Musavat.com-un əldə etdiyi xəbərə görə, H.Sabiroğlu onu da deyib ki, jurnalist olduğu üçün müttəhimlər kürsüsündə oturanlar hamısını adbad tanıyır və onların Azərbaycan xalqına və dövlətinə qarşı törətdiyi cinayətləri ittiham aktını oxumadan da bilir. Jurnalist Şuşanın işğalından sonra ailəsinin hansı çətinliklərlə üzləşdiyi barədə geniş danışıb. O, hər gün ona “torpaqdan nə xəbər var”soruşan anasının səsini heç vaxt unutmayacağını və bunu Qarabağın işğalında əli olan heç bir erməniyə bağışlamayacağını da deyib. Jurnalist Sovet Ordusu sıralarında Ermənistanda-Elçmiədzində hərbi xidmət keçdiyini deyib. O, Qarabağ ermənilərinin Ermənistandakılardan bir neçə dəfə yaxşı şəraitdə yaşadığına şəxsən şahidlik etdiyini söyləyib. H.Sabiroğlu ermənilərə “o halda, niyə Azərbaycan xalqına düşmənçilik edib, elə Qarabağ erməniləri də bədbəxt etdiniz” deyə sual edib. Jurnalist müttəhimlər kürsüsündə oturanların erməni xalqının başına gətirilən faciələrə görə də suçlu olduqlarını deyib.
Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub.1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Novator.az saytının baş redaktor müavinidir. 

1745514933386946132_1200x630.jpg (636 KB)

2007-ci ildə çapdan çıxmış "Qarabağ söhbətləri" kitabının müəllifidir. H.Sabiroğlu “Yeni Müsavat” qəzetinin baş redaktoru Nazim Sabiroğlunun qardaşıdır.

***

Qeyd edək ki, bu gün daha üç zərərçəkən şuşalının da məhkəmədə ifadəsi dinlənilib. Onlardan biri qardaşı Şuşada itkin düşən İlham Həsənov olub. İlham Həsənov ifadəsində qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. O, qardaşının harada basdırıldığını öyrənmək istədiyini deyib. Zərərçəkmiş şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin nümayəndələrinin və müdafiə tərəfinin suallarını cavablandırıblar.Onlar təqsirləndirilən şəxslərin layiqli formada cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR