İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: "Hərbi əməliyyatlar hələlik dayanıb, lakin..."

"Hərbi əməliyyatlar hələlik dayanıb, lakin vəziyyət hələ də son dərəcə çətindir". 

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında deyib.

Linda Tomas-Qrinfild qeyd edib ki, Azərbaycanın Qarabağ əhalisinə münasibətdə beynəlxalq insan hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi var.

“Biz Dağlıq Qarabağa humanitar yardımın maneəsiz çatdırılmasını tələb edirik, onun sakinləri bu çətin zamanda diqqətlərini bizə yönəldirlər”.

Amerika nümayəndəsi onu da xatırladıb ki, ABŞ 44 günlük müharibə bitdikdən sonra regiona 24 milyon dollardan çox humanitar yardım göstərib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR