İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgililər Günü ilə bağlı İLGİNC SORĞU - Onlara hədiyyə alacaqlar

2025-ci ildə Sevgililər Günündə (14 fevral) amerikalıların ümumi xərcləri 27,5 milyard dollara çata bilər.

Musavat.com xəbər verir ki, bu nəticə ABŞ-da Milli Pərakəndə Ticarət Federasiyasının (NRF) illik sorğusunda qeydə alınıb.

2024-cü ildə bu xərclər 25,8 milyard dollar təşkil edib.

Respondentlərin yarıdan çoxu (56 faiz) Sevgililər Gününü qeyd etməyi planlaşdırır ki, bu da əvvəlki ilin göstəricisindən (53 faiz) çoxdur. Eyni zamanda onlar bayram üçün orta hesabla 188,81 dollar xərcləməyə hazırdırlar, 2024-cü ildə bu göstərici 185,81 dollar olmuşdu.

Ən populyar hədiyyələr şirniyyat (56 faiz), kartlar (40 faiz) və çiçəklər (40 faiz) olaraq qalır. Bu arada respondentlərin 35 faizi restorana, teatra və ya kinoya getməyi planlaşdırır, 22 faizi isə zinət əşyaları hədiyyə etmək istəyir. Dekorasiyaya ümumi xərclərin təqribən 6,5 milyard dolları, evdənkənar şənliklərə 5,4 milyard dolları, çiçəklərə 2,9 milyard dolları, şirniyyata 2,5 milyard dolları və kartlara 1,4 milyard dollarının sərf olunması gözlənilir.

Həyat yoldaşları/tərəfdaşlar üçün hədiyyələrə bu il rekord həddə - 14,6 milyard dollar (2024-cü ildə 14,2 milyard dollar), ailə üzvləri üçün isə 4,3 milyard dollar (4 milyard dollar) xərclənəcək.

Amerikalıların 32 faizi Valentin günündə ev heyvanları üçün, 32 faizi dostları üçün, 19 faizi iş yoldaşları üçün hədiyyələr almaq niyyətindədir.

Qeyd edək ki, NRF və Prosper Insights & Analytics tərəfindən yanvarın 2-dən 7-dək keçirilən sorğuda təxminən 8020 amerikalı iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR