Onlayn ictimai-siyasi qəzet
Yaxın zamanlarda Ukraynaya qarşı "aqressiya cinayəti" ilə bağlı xüsusi tribunal yaradılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın DW kanalı məlumat yayıb.
DW-nin mənbələrinə görə, xüsusi tribunalın yaradılması barədə sənədin imzalanmasına az qalıb və onun 2025-ci ilin yazında təsis edilməsi planlaşdırılır.
"Beynəlxalq hüquqda "təcavüz cinayəti" termini "təcavüzkar hərəkətlərin planlaşdırılması, hazırlanması, təşkili və ya həyata keçirilməsi" olaraq təyin edilir və bu hərəkət "təcavüzkar dövlətin siyasi və ya hərbi hərəkətlərinə nəzarət edən şəxs" tərəfindən həyata keçirilməlidir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın fikrincə, xüsusi tribunal Putini və onun rejimini bu müharibəni dayandırmağa təzyiq göstərmək üçün bir vasitədir, həmçinin digər təcavüzkarlara bir siqnaldır.
Rusiyanın hüquq eksperti Sergey Qolubokun sözlərinə görə, yeni tribunal 2023-cü ildə Putin və Rusiyanın uşaqlar üzrə ombudsmanı Lvov-Belova haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqəli olmayacaq:
"Bu dəfə tribunal Avropa Şurası bazasında keçiriləcək və ya müstəqil bir təşkilat təsis olunacaq".
Qolubok tribunalın yaradılmasının vaxt aparacağını qeyd edib:
"Beynəlxalq müqavilə bağlanmalı və ratifikasiya olunmalıdır. Hazırda yalnız tribunalın yaradılması ideyası müzakirə olunur, bu, bəlkə də Kreml ilə gələcək danışıqlarda istifadə edilmək nəzərdə tutulur".
İkinci Dünya müharibəsi ilə bağlı məhkəmələrdən sonra beynəlxalq hüquq qarşısında 805 nəfər məsuliyyətə cəlb edilib, onlardan 497-si məhkum olunub.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ